"50 ildir “Jiquli”ni dəyişə bilmir, gör indi hərbi texnikası nə gündədir..."

"50 ildir “Jiquli”ni dəyişə bilmir, gör indi hərbi texnikası nə gündədir..."

"50 ildir “Jiquli”ni dəyişə bilmir, gör indi hərbi texnikası nə gündədir..."

“Rusiyada atom silahının mövcudluğu bütün digər qoşun növlərinin yenilənməsinə diqqəti azaldıb”.

Bu sözləri Polemika.az-a  ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev deyib.

O, sosial şəbəkələrdə yayılan görüntülərdə Ukraynadakı rus hərbi texnikasının ötən əsrin 60-70-ci illərinə aid olması ilə bağlı səsləndirilən fikirlərə şərh edib:

“Rusiya yalnız operativ-taktiki raket sistemlərini inkişaf etdirib. Digər qoşun növləri, o cümlədən hava hücumundan müdafiə və hava hücumu vasitələri son 30 ildə yenilənməyib. Zirehli texnikanın, tankların və PDM-lərin yararlılıq müddəti bitib. Nəqliyyat vasitələrindən heç danışmağa dəyməz. Əgər Rusiya 50 ildir “Jiquli”nin belə modifikasiyasını dəyişə bilmirlərsə, görün hərbi texnikası nə gündədir".

Hərbi ekspert əlavə edib: "Əslində, bunun bir səbəb də odur ki, hərbi büdcə məqsədyönlü istifadə olunmayıb. Yəni ordunun silahlanmasını, yenilənməsini həyata keçirə bilməyiblər. Yenilənmə, yəni texnoloji əsası olan silahlara keçid lazımi səviyyədə olmayıb, heyətlər yetiştirilməyib”.

Elxan Şıxəliyev vurğulayıb:

“Təsəvvür edin, bir tərəfdə, 5-ci nəsil rəqəmsal texnologiyalarla əsaslanan “Javelin”, “Stinger”, “NLAW” və “Bayraktar”lar, o bir tərəfdə, ötən əsrin 50-60-cı illərinin hərbi texnikası. Təbii ki, texnologiya qalib gəlməlidir. Hərbi say nisbəti Rusiyanın lehinə olsa da...

Düşünürəm ki, Rusiya hakimiyyətinin ordunun real vəziyyətinə dair tam məlumatlı olmayıb, ya da aldadılıb. Əks halda, fərqli qərarlar qəbul edərdilər. İndi Rusiya ordusunun dünyanın ikinci ordusu olması mifi dağılır. Mif sabun köpüyü çıxdı”.

“Rusiya Ukraynadan fərqli olaraq, özünə bərabər gücdə olan digər bir ölkəylə bu cür texnikayla döyüşsə, qalib gələ bilərmi” sualına ekspert belə cavab verib:

“Əslində, qüvvələr nisbətinə baxanda Ukrayna silahlı qüvvələrinin gücü Rusiyadan bəzi kriteriyalara görə xeyli aşağıdır. Lakin Ukrayna ilə döyüşdə rus qüvvələri bu haldadırsa, Rusiya NATO ölkələrinə qarşı və yaxud özü miqyasda olan silahlı qüvvələrə malik olan dövlətlərlə savaşa, nələr olar”.

Rafi MÜSLÜMOV

"50 ildir “Jiquli”ni dəyişə bilmir, gör indi hərbi texnikası nə gündədir..."