Yayda neftin qiyməti 240 dollara çatacaq

Yayda neftin qiyməti 240 dollara çatacaq

Yayda neftin qiyməti 240 dollara çatacaq

ABŞ-dan sonra digər Qərb ölkələri də Rusiya neftinə oxşar embarqo tətbiq etsələr, yayda Brent neftinin qiyməti 240 dollarə yüksələcək.

Yenisabaha.az xəbər verir ki, bu, "Rystad Energy" analitiklərinin rəyidir.

Şirkətinin ekspertləri bildirirlər ki, martın 8-də ABŞ prezidenti Cozef Bayden Rusiyadan neft, mayeləşdirilmiş təbii qaz (LNG), kömür və bir sıra neft məhsullarının idxalını qadağan edən fərman imzalayıb. Bunun ardınca Böyük Britaniya 2022-ci ilin sonuna kimi Rusiya Federasiyasından neft və neft məhsulları idxalını dayandıracağını açıqlayıb. Kanada da Rusiya neftinin idxalını qadağan etməyə dair planlarını bildirib.

“Qərb ölkələri Rusiya neftinin ixracına qarşı kütləvi sanksiyalar tətbiq etsələr, ən pis ssenaridə neftin qiyməti yayda 1 barel üün 240 dollara çata bilər”, - deyə "Rystad"ın icmalında qeyd olunur.

Agentliyin analitikləri izah edirlər ki, digər Qərb ölkələri Rusiya neftinə analoji qadağa tətbiq etsələr, bazarda gündəlik 4,3 milyon barel boşluq yaranacaq. Bu həcm sadəcə olaraq digər tədarük mənbələri ilə tez bir zamanda əvəz edilə bilməz.

“Əgər 2022-ci ilin aprelinə qədər Qərbə sutkada 4,3 milyon barel həcmində Rusiya neftinin ixracı dayandırılarsa və Çin və Hindistan hazırkı idxal həcmlərini qoruyub saxlasalar, o zaman yayda Brent markalı neftin bir barel üçün 240 dollara qədər bahalaşacaq.

"Neft qıtlığının bu çöküşü neft qiymətlərinin iki dəfə artdığı 1990-cı il Körfəz müharibəsindən bəri ən böyük çöküş olacaq” deyə ekspertlər yekunlaşdırıblar.

Onlar hesab edirlər ki, neftin maya dəyərinin 240 dollar/barel olması qlobal resessiyaya səbəb olacaq və qiymətlərin özü bir neçə ay ərzində tələbin deqradasiyasına görə özünü məhv edəcək və kəskin ucuzlaşacaq.

Yayda neftin qiyməti 240 dollara çatacaq