48 min şagird buraxılış imtahanı verəcək

48 min şagird buraxılış imtahanı verəcək

48 min şagird buraxılış imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi martın 5-6-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

Polemika.az mərkəzdən verilən məlumata əsasən xəbər verir ki,  imtahanlar 30 şəhər və rayonunda təşkil olunacaq.

İmtahanlar saat 11:00-da başlayacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

Martın 5-də keçiriləcək imtahanlarda 22 902, martın 6-da keçiriləcək imtahanlarda isə 24 824 nəfər olmaqla, ümumilikdə 47 726 şagirdin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, imtahanlarda 17 nəfər fiziki məhdudiyyətli abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Nəzrin Vahid 

48 min şagird buraxılış imtahanı verəcək