35 ölkə vətəndaşlarına Ukraynadan çıxmaq üçün çağırış edib

35 ölkə vətəndaşlarına Ukraynadan çıxmaq üçün çağırış edib

35 ölkə vətəndaşlarına Ukraynadan çıxmaq üçün çağırış edib

Son 24 saat ərzində öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edən ölkələrin sayı kəskin artıb.

Polemika.az xarici KİV-ə istinadən xəbər verir ki, Son məlumatlara görə, 35 ölkə tərəfindən vətəndaşlarına belə tövsiyə verilib.

Daha əvvəl bildirilir ki, 20-yə yaxın ölkə hərbi münaqişə təhlükəsi ilə bağlı, öz vətəndaşlarına Ukrayna ərazisini tərk etməyi tövsiyə edib.

Bunlara Avstraliya, Böyük Britaniya, Latviya, İsrail, Kanada, Yunanıstan, Yeni Zelandiya, Hollandiya, Norveç, ABŞ, həmçinin Finlandiya, Monteneqro, Estoniya, Cənubi Koreya, Yaponiya, Belçika, Almaniya və Litva daxildir. Siyahıya bir gecədə Küveyt, İraq, İtaliya, İspaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, İsveç, Sloveniya, İordaniya, Fələstin, Mərakeş, Lüksemburq, Baham adaları, həmçinin Şimali Makedoniya, Albaniya, Bolqarıstan, Bəhreyn və Kipr qoşulub.

 

 

35 ölkə vətəndaşlarına Ukraynadan çıxmaq üçün çağırış edib