3 məktəbdə əyani dərslər bərpa olundu

3 məktəbdə əyani dərslər bərpa olundu

3 məktəbdə əyani dərslər bərpa olundu

Paytaxtdakı 147 nömrəli Texniki-Humanitar Lisey, 26 və 230 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib. 

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Polemika.az-a verilən məlumata görə, hər 3 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. 

3 məktəbdə əyani dərslər bərpa olundu