"3-5 nəfər düşür yola, orda çəkir, burda çəkir” - Deputatdan etiraz

"3-5 nəfər düşür yola, orda çəkir, burda çəkir” - Deputatdan etiraz

"3-5 nəfər düşür yola, orda çəkir, burda çəkir” - Deputatdan etiraz

“Bakı Nəqliyyat Agentliyinin konsepsiyası yoxdur. Bu qurumun konsepsiyası olamlıdır. Axı bu fiskal orqan deyil. 3-5 nəfər düşür yola orda çəkir, burda çəkir”.

Polemika.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin I oxunuşda müzakirəsi zamanı deyib.

"Bəsti Bağırov küçəsində Bakı Nəqliyyat Agentliyi guya layihə həyata keçirir, 50-70 metr səki yaradıblar, o yolda 10-15 maşın saxlamaq olar. Nəyə lazımdır belə səki? Onu, bunu çəkməklə, cərimələməklə məsələ həll olunmur. O cərimə pulları hara gedir? Bakı Nəqliyyat Agentliyi məsələnin həlli üçün konsepsiya hazırlamalıdır. Yolu daraldır, istehkamlar qururlar, belə olmaz. Bakı Nəqliyyat Agentliyini tənqid edəndə də deyirlər ki, deputat niyə tənqid edir?!”. 

"3-5 nəfər düşür yola, orda çəkir, burda çəkir” - Deputatdan etiraz