15 yaşında nişanlanan qızın toyu nə vaxt olacaq? - Açıqlama

15 yaşında nişanlanan qızın toyu nə vaxt olacaq?

15 yaşında nişanlanan qızın toyu nə vaxt olacaq? - Açıqlama

Sosial şəbəkələrdə 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar artıq Masallı rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının əməkdaşları ailədə olublar.

Polemika.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat verib.

Məlumatda qeyd olunub ki, fakt araşdırılıb. Məlum olub ki, iki ailə arasında kiçik razılaşma mərasimi baş tutub. Ailə ilə aparılan söhbətdən sonra bildirilib ki, azyaşlının 18 yaşı tamam olana qədər toy mərasimi baş tutmayacaq. Komissiyadan o da əlavə edilib ki, oğlanın valideynləri də rayon İcra Hakimiyyətinə dəvət edilib, onlarla söhbət aparılacaq.

Qeyd olunacaq ki, toy mərasimi baş tutarsa, hər iki ailə məsuliyyətə cəlb ediləcək.

Hazırda məsələ Masallı rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının nəzarətindədir.

15 yaşında nişanlanan qızın toyu nə vaxt olacaq? - Açıqlama