13 min manatlıq zinət əşyaları oğurlayan Qusarda saxlanıldı
13 min manatlıq zinət əşyaları oğurlayan Qusarda saxlanıldı
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, zərərçəkmişə ümuməm 13.275 manat ziyan vuran şəxs Zaur Əlipoladovdur.
O, həmyerlisinə məxsus mənzilə gizlin daxil olaraq qızıl zinət əşyaları oğurlayıb.
Faktla bağlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.