“Əsrin müqaviləsi” nə üçün məhz Azərbaycanla imzalandı? - DETALLAR

“Əsrin müqaviləsi” nə üçün məhz Azərbaycanla imzalandı?

“Əsrin müqaviləsi” nə üçün məhz Azərbaycanla imzalandı? - DETALLAR

“1994-cü ildə Xəzər dənizinin enerji ehtiyatlarının hasilatı ilə bağlı bir çox şirkətlə müqavilə imzalandı (Əsrin müqaviləsi). ABŞ da Azərbaycana investisiya ayıran ölkələrdən biri idi. Müqavilə çoxsaylı beynəlxalq aktorları əhatə edirdi. İnvestisiya layihəsinin ümumi dəyəri 8 milyard dollar idi və bu o dövrdə keçmiş SSRİ ölkələri arasında ən böyük investisiya layihəsi hesab olunurdu”.  

Polemika.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Kembric Universitetində təşkil olunan Mərkəzi Asiya forumunda bildirib.  

Səfir fikirlərini belə davam etdirib:   

“Azərbaycanla Xəzər dənizi vasitəsilə qonşu olan bütün ölkələrin təbii sərvətləri bizdən çox idi. Bəs, nə üçün həmin investorlar Azərbaycana yatırım etdilər? Bundan əlavə, onu da nəzərə alın ki, Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşması yenicə əldə olunmuşdu. Azərbaycanda həmin dövrdə 1 milyondan çox qaçqın və məcburi köçkün var idi. Məncə, bu siyasi məsələrlə bağlıdır. Həmin müqavilə Azərbaycanın ovaxtki Prezidenti Heydər Əliyevin sayəsində reallaşdırıldı. Bu, ölkənin gələcəyini dəyişən hadisə idi”.   

Elin Süleymanov “Əsrin müqaviləsi”nin bütün regionun inkişafına töhfə verdiyini və Gürcüstan, Türkiyə kimi ölkələr üçün vacib imkanlar yaratdığını da qeyd edib.  

“Heydər Əliyevin o vaxt seçdiyi doğru seçim Azərbaycanı bugünkü ölkə halına gətirdi. Gəlin inkişaf prosesinə Ermənistanla müqayisəli şəkildə nəzər salaq. Onu da qeyd edim ki, məsələ heç də təbii sərvətlərlə bağlı deyil. Sadəcə olaraq, qonşularına hücum edən ölkənin uğur qazanması mümkün deyil”, - deyə səfir əlavə edib. Bizim.Media

“Əsrin müqaviləsi” nə üçün məhz Azərbaycanla imzalandı? - DETALLAR