“Ərəblər xanımlarımıza, xalqımıza, eləcə də fauna və floramıza qarşı amansız davranırlar”

“Ərəblər xanımlarımıza, xalqımıza, eləcə də fauna və floramıza qarşı amansız davranırlar”

“Ərəblər xanımlarımıza, xalqımıza, eləcə də fauna və floramıza qarşı amansız davranırlar”

"Müsəlman olmağımıza baxmayaraq, ərəblərlə azərbaycanlılar arasında cox ciddi mentalitet fərqi var. Şahidiyik ki, ərəblər özlərini çox ləyaqətsiz aparırlar. Turizmin inkişafına görə pul, qazanc naminə Azərbaycanın mənəviyyatının bu qədər korlanmasına imkan verilməməlidir. Ərəblər özlərini əxlaqlı aparmır, müxtəlif hostellərdə ləyaqətsizlik edirlər. Bundan başqa, ov edilməsi qadağan edilmiş müxtəlif cür quşları ovlayırlar".

Polemika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputatın sözlərinə görə, ərəblərin ov etdiyi yerlərə azərbaycanlıları heç yaxın da buraxmırlar: "Hər şeyi pula bağlamaq olmaz, abrımız, həyamız getdi. Koronavirus pandemiyasına görə bir az azalsa da, yenə də müşahidə edilir. Ərəblər xanımlarımıza, xalqımıza, eləcə də fauna və floramıza qarşı amansız davranırlar. Əgər ölkədə hər kəs vəzifəsini düzgün icra etsə, ərəblər heç nə edə nə edə bilməz. Dəfələrlə məsələ qaldırdım ki, meymanxanalara nigah şəhadətnaməsi olmadan buraxılış olmasın. Həmçinin ekologiya ilə bağlı aiddiyyatı vəzifəlilər məsuliyyətlə işləməlidirlər"./Pravda.az

“Ərəblər xanımlarımıza, xalqımıza, eləcə də fauna və floramıza qarşı amansız davranırlar”