Ərzaq qiymətləri orta hesabla 28,1 faiz artıb - Hesabat

Ərzaq qiymətləri orta hesabla 28,1 faiz artıb - Hesabat

Ərzaq qiymətləri orta hesabla 28,1 faiz artıb - Hesabat

Dünyada ərzaq mallarının rekord bahalaşma qeydə alınıb.

Polemika.az xəbər verir ki, bu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaydığı hesabatda qeyd olunur.

"2021-ci ildə dünya ərzaq qiymətləri orta hesabla 28,1 faiz artıb. Bu son illərin ən böyük bahalaşması sayılır. Təkcə taxıl deyil, bütün əsas kənd təsərrüfatı məhsullarının maya dəyəri qalxıb.

Yüksək xərclər, davam edən pandemiya və qeyri-müəyyən iqlim şəraiti səbəbindən 2022-ci ildə qiymətlərin sabitləşməsini gözləməyə dəyməz.

Taxıl qiymətləri 2012-ci ildən bəri rekord həddə çatıb (27,2 faiz bahalaşıb). O cümlədən qarğıdalı və buğdanın maya dəyəri müvafiq olaraq 44,1 faiz və 31,3 faiz artıb. 

Digər ərzaq növləri ilə müqayisədə bitki yağları və şəkər daha çox bahalaşıb. Kərə yağının qiymətləri illik müqayisədə 65,8 faiz (rekord həddə), şəkərin qiyməti isə 37,5 faiz (2016-cı ildən bəri ən yüksək) artıb. Süd məhsulları 16,9 faiz, ət məhsulları 12,7 faiz bahalaşıb.

Ən çox bahalaşma qoyun ətində, ardınca mal əti və toyuq ətində müşahidə edilib", - deyə bəyanatda vurğulanır.

Ərzaq qiymətləri orta hesabla 28,1 faiz artıb - Hesabat