Əhaliyə göstərilən xidmətlərdən əldə olunan gəlir açıqlandı

Əhaliyə göstərilən xidmətlərdən əldə olunan gəlir açıqlandı

Əhaliyə göstərilən xidmətlərdən əldə olunan gəlir açıqlandı

2021-ci ildə Azərbaycanda əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci illə müqayisədə 4,8 faiz artaraq 7 milyard 758,2 milyon manat olub.

Polemika.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 885,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 faizini təşkil edib.

2021-ci ildə hər bir ölkə sakini orta hesabla 774,4 manatlıq və ya 2020-ci illə müqayisədə nominal ifadədə 72,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Əhaliyə göstərilən xidmətlərdən əldə olunan gəlir açıqlandı