Əhalinin gəlirləri artıb

Əhalinin gəlirləri artıb

Əhalinin gəlirləri artıb

İlkin məlumatlara görə, 2022-ci ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artaraq 4 milyard 675,9 milyon manat təşkil edib.

Polemika.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Əhalinin hər nəfərinə düşən gəlirlər 465,8 manat olub. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 4 milyard 194,2 milyon manatlıq vəsait qalıb.

Əhalinin gəlirləri artıb