"Əgər "zibildə" çəkilirəmsə, mütləq yüksək qonorar olmalıdır" - Aktyor

"Əgər "zibildə" çəkilirəmsə, mütləq yüksək qonorar olmalıdır"

"Əgər "zibildə" çəkilirəmsə, mütləq yüksək qonorar olmalıdır" - Aktyor

Aktyor Kamran Ağabalayev filmlərə çəkilməməsinin səbəbini açıqlayıb.

Polemika.az xəbər verir ki, bu haqda Axşam.az-a danışan aktyor bildirib ki, tələbləri yüksəkdir, eyni zamanda buradakı keyfiyyət onu qane etmir:

"Burada nə üçün, nəyə və harada filmə çəkilim? Ya burada, ya da xaricdə filmə çəkilirəmsə, qonorarım aşağı ola bilməz. Əgər mən sırf bir "zibildə" çəkilirəmsə, mütləq yüksək qonorar olmalıdır. Çünki "zibildir", sırf qazanc məqsədilə çəkilirəm.

Yəni, bəzi aktyorlar kimi 100 manata çəkilib, bu pulu verirlər, ona uyğun oynayıram, demirəm. İstəyir ütü ilə çəksin, ya telefonla, mən peşəkaram, bacardığımın ən yaxşısını etməyə çalışıram. Bacarıram, ya yox, bu artıq başqa məsələdir.

Buna görə məndən inciyənlər, çox eqoludur, tələbləri yüksəkdir deyənlər var. Amma özümü qoyub, onları istəməliyəm? Gülməli deyil? Ehtiyac olmadıqca inkişaf etməyəcək. Ehtiyac isə yoxdur. Özüm üçün demirəm, mən orada-burada ildə 1 filmdə oynasam, mənə bəs edir, cavan nəsil zülm çəkəcək".

Aktyor xaricdə çəkilən zaman istədiyi tələbləri də açıqlayıb:

"Gediş dönüş təyyarə bileti, yer isə 1-12 sıra arasında olmalıdır. Çəkiliş məkanına yaxın 4 və ya 5 ulduzlu otel tutulmalıdır. Çəkiliş olub-olmamağından asılı olmayaraq avtomobil olmalıdır. Karbohidratsız, bol proteyinli yeməklər hazırlanmalıdır".

"Əgər "zibildə" çəkilirəmsə, mütləq yüksək qonorar olmalıdır" - Aktyor