Ədliyyə Nazirliyi ADR Partiyasını qeydə almayıb

Ədliyyə Nazirliyi ADR Partiyasını qeydə almayıb

Ədliyyə Nazirliyi ADR Partiyasını qeydə almayıb

Partiya hesab edir ki, imtina ilə nazirlik onlara qanuni fəaliyyət üçün şərait yaratmaq  istəmədiyini nümayiş etdirir

Ədliyyə Nazirliyi müxalifətdə olan Azərbaycan Demokrat və Rifah (ADR) Partiyasını dövlət qeydiyyatına almaqdan imtina edib. Bu barədə fevralın 28-də bu partiyanın yaydığı məlumatda bildirilir.

Açıqlamaya görə, səbəb kimi onların təqdim etdiyi sənədlərdə təsisçilərin hamısının və ya səlahiyyətli nümayəndələrinin imzasının olmaması, Nizamnamədə partiyanın rəhbər orqanlarının səlahiyyət müddətlərinin nəzərdə tutulmaması göstərilir.

ADR-dən vurğulandığına görə, nazilriyin bu iddiası əsassızdır, lazımı məlumatlar qeydiyyat üçün verilmiş sənədlərdə əksini tapıb. Partiya hesab edir ki, imtina ilə nazirlik onlara qanuni fəaliyyət üçün şərait yaratmaq istəmədiyini nümayiş etdirir.

Partiyanın bu açıqlamasına, hələlik, Ədliyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər Azərbaycandakı siyasi partiyalara lazımı imkan və şəraitin yaradıldığını deyirlər.

ADR-in təsis edilməsi qurultayı 2021-ci ilin oktyabrında keçirib. 2021-ci il noyabrın 11-də onun qeydiyyat sənədləri Ədliyyə Nazirliyinə təqdim edilib.

ADR əvvəlcə, 2014-cü ildə hərəkat kimi yaradılmışdı.Yardıcları Müsavat Partiyasından ayrılanlar idi. Partiyanın sədri iqtisadçı Qubad İbadoğludur.

Ədliyyə Nazirliyi ADR Partiyasını qeydə almayıb