“Ədalət o zaman bərpa olunur ki, haqlı haqqını, haqsız cəzasını alır” – Vasif Talıbov

“Ədalət o zaman bərpa olunur ki, haqlı haqqını, haqsız cəzasını alır” – Vasif Talıbov

“Ədalət o zaman bərpa olunur ki, haqlı haqqını, haqsız cəzasını alır” – Vasif Talıbov

“Ədalət o zaman bərpa olunur ki, haqlı haqqını, haqsız cəzasını alır”.

“Polemika.az” xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  MR Kommersiya Məhkəməsinin yeni inzibati binasının açılışında deyib.

O deyib ki, Muxtar respublikada 2300-dən çox hüquqi, 36 mindən artıq fiziki şəxs mövcuddur. 

“Kifayət qədər iş potensialı vardır. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi də Naxçıvan Muxtar Respublikası ərazisində hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında olan və onların sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərində düzgün qərarların qəbul olunması məqsədilə yaradılıb. Qısa müddət ərzində kollektiv formalaşıb və lazımi iş şəraiti ilə təmin edilib. Kollektiv isə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, bu sahədəki mübahisələr həll olunmalı və ədalətli qərarlar qəbul olunmalıdır”.

“Ədalət o zaman bərpa olunur ki, haqlı haqqını, haqsız cəzasını alır”,- deyən Ali Məclisin Sədri muxtar respublikada kommersiya sahəsində olan bütün işlərə, müraciətlərə ədalətli baxılacağına və ədalətli qərarlar çıxarılacağına əminliyini bildirib, kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.

“Ədalət o zaman bərpa olunur ki, haqlı haqqını, haqsız cəzasını alır” – Vasif Talıbov