“Zəfərdən sonra da Azərbaycan yeni zəfərlər qazanır” - Nazir

“Zəfərdən sonra da Azərbaycan yeni zəfərlər qazanır”

“Zəfərdən sonra da Azərbaycan yeni zəfərlər qazanır” - Nazir

““Zəfər Tarixi” dərsliyi hazırdır. Dərslik ötən illərdə tədris olunan Qarabağ tarixi fakültətiv məşğələsinin davamı kimi tədris olunacaq”.

Polemika.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Zəfər yolu” inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, dərslik növbəti həftələrdən məktəblərə paylanılacaq: “Bu tədris ilindən bütün məktəblərdə tədris ediləcək. Şagirdlər dərslik vasitəsi ilə Zəfərə necə gəlib çatdığımız barədə məlumatlanacaqlar.

Bu dərsliyin hər il yenilənməsi nəzərdə tutulur. Çünki Zəfərdən sonra da Azərbaycan yeni zəfərlər qazanır. Azad olunan ərazilərdəki quruculuq işləri də qələbədir”.

Qeyd edək ki, nazir “Zəfər tarixi” dərsliyindəki mövzuların təliminin həmin yerlərdə təşkilini çox vacib olduğunu vurğulayıb.

Nəzrin Vahid 

“Zəfərdən sonra da Azərbaycan yeni zəfərlər qazanır” - Nazir