Zorlanan 11 yaşlı qızın qardaşı ilə bağlı YENİ XƏBƏR

Zorlanan 11 yaşlı qızın qardaşı ilə bağlı YENİ XƏBƏR

Zorlanan 11 yaşlı qızın qardaşı ilə bağlı YENİ XƏBƏR

Cinsi zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı uşağın qardaşı da müəssisəyə yerləşdirilib.

Polemika.az xəbər verir ki, bu haqda Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Haşımov məlumat verib.

Onun sözlərinə görə, uşaq artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsindədir.

Azyaşlı Sosial Xidmətlər Agentliyi ilə aidiyyati dövlət orqanları və İmişli Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində, sığınacağa yerləşdirmə qaydalarına uyğun olaraq müəssisəyə gətirilib. Onun da psixo-sosial vəziyyəti qiymətləndirildikdən sonra reabilitasiyası istiqamətində fəaliyyətə başlanacaq.

Qeyd edək ki, İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.

Zorlanan 11 yaşlı qızın qardaşı ilə bağlı YENİ XƏBƏR