Zibilləri kənar yerlərə atanlar 50 manat cərimələndi

Zibilləri kənar yerlərə atanlar 50 manat cərimələndi

Zibilləri kənar yerlərə atanlar 50 manat cərimələndi

Zaqatalada məişət tullantılarını urnalardan kənara atanlar cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Polemika.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məişət tullantılarının urnalardan kənara atılmasının qarşısının alınması məqsədilə şəhər ərazisində reyd keçirilib.

Keçirilən tədbirlər zamanı bəzi şəxslər tərəfindən ətraf mühitin çirkləndirilməsi halları aşkarlanıb. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub.

Onların hər birinə 50 manat məbləğində cərimə tətbiq edilib.

Zibilləri kənar yerlərə atanlar 50 manat cərimələndi