Zeynəb Xanlarova Azərbaycana qayıtdı - Ailəsindən açıqlama

Zeynəb Xanlarova Azərbaycana qayıtdı

Zeynəb Xanlarova Azərbaycana qayıtdı - Ailəsindən açıqlama

Son vaxtlar səsi-sorağı gəlməyən sabiq deputat, Xalq artisti Zeynəb Xanlarova təxminən iki aydan sonra - 28 dekabrda növbəti yubileyini - 85 yaşını qeyd edəcək.

Bəs Zeynəb xanım haralardadır, sənətkar mətbuatdan niyə uzaq gəzir?

Polemika.az sənətkarın qardaşı qızı - Əməkdar artist Mehriban Xanlarovadan Zeynəb xanım haqqında qısaca bilgi alıb.

Aktrisa bibisinin səhhətinin yaxşı olduğunu bildirib. O, Zeynəb xanımın hazırda ABŞ-da olamsıyla bağlı yayılan məlumatların yanlış olduğunu qeyd edib:

“Zeynəb xanımın səhhəti yaxşıdır. Əlbəttə ki, biz də yaxınları olaraq görüşürük, evinə də gedib-gəlirik. Zeynəb xanım Amerikada deyil, Bakıdakı evində yaşayır. Hər şey yaxşıdır, hamıdan da əladır. Allah ona can sağlığı versin, Azərbaycanın üstündən əskik eləməsin”.

Əsmətxanım 

Zeynəb Xanlarova Azərbaycana qayıtdı - Ailəsindən açıqlama