“Yuri Boyka” da Ukraynaya dəstək verdi: “Boyka Ukraynadandır!”

“Yuri Boyka” da Ukraynaya dəstək verdi: “Boyka Ukraynadandır!”

“Yuri Boyka” da Ukraynaya dəstək verdi: “Boyka Ukraynadandır!”

“Yuri Boyka” obrazı ilə milyonların sevimlisinə çevirilən məşhur Hollivud aktyoru Skott Adkinss Rusiyanın Ukraynaya hücumunu pisləyən bəyanatla çıxış edib.

“Polemika.az”ın məlumatına görə məşhur aktyor bildirib:

“Mən həmişə düşünürdüm ki, Moskvada çəkilmiş “Yenilməz 2” filminin yazıçısı niyə Ukraynanın Kiyev şəhərindən “Yuri Boyka”nı çəkmək qərarına gəlib? 

Keçən həftə Ukrayna xalqının qəhrəmanlığını və şücaətini gördükdən sonra niyə belə olduğunu indi bilirəm! 

Dünyadakı bir çox insan kimi mən də sülh arzulayıram, amma o vaxta qədər mən Ukraynanın yanındayam. 

Boyka Ukraynadandır! Slava Ukrayna! 

Rus pərəstişkarlarıma: Bilirik ki, bu sizin müharibəniz deyil”. 

“Yuri Boyka” da Ukraynaya dəstək verdi: “Boyka Ukraynadandır!”