Yeni il gecəsinin qəfil qonağı niyə yoxa çıxdı? - "Şaxta baba harın uşaqların vecinə deyil”

Yeni il gecəsinin qəfil qonağı niyə yoxa çıxdı?

Yeni il gecəsinin qəfil qonağı niyə yoxa çıxdı? - "Şaxta baba harın uşaqların vecinə deyil”

Yeni il gecəsi valideynlər uşaqlarını sevindirmək üçün evə Şaxta baba gətirdirdilər. İndi uşaqları bu qəfil gəlişlə sevindirən yoxdur. 

Əvvəllər Şaxta baba qiyafəsində çox-çox görünmüş aktyor Allahverdi YolçuyevPolemika.az-a açıqlamasında deyib ki, Şaxta baba artıq hörmətdən düşüb:

“Özüm 45 il Şaxta baba kimi fəaliyyət göstərmişəm. Bayramda evə girəndə uşaqlar sevinir, əlimə sığal çəkirdi. Mənim Şaxta baba olduğuma inanırdılar. Amma indi zəmanə fərqlidir. Bəzi uşaqların evdə hər cür şəraiti var. Şaxta babanın marağında deyillər. Özlərinə əziyyət verib Yeni il, Şaxta baba haqda şeir öyrənmirlər. Şaxta baba harın uşaqların heç vecinə də deyil”.

Aktryorun sözlərinə görə, Yeni il atributlarına münasibət süniləşib:

“Şaxta babalar əslində, təqaüdə çıxıb. Yolkanın bəzədilməsi, pəncərələrdə Şaxta babanın, qar topasının şəkli indiki uşağın nəyinə lazımdır?! Telefonu söküb-yığır, internet oyunları ilə məşğul olur...”

Nəzrin Vahid

Yeni il gecəsinin qəfil qonağı niyə yoxa çıxdı? - "Şaxta baba harın uşaqların vecinə deyil”