"Yaşar Nurinin əşyalarını verməyə hazıram” - Yeni guşə yaradılır

"Yaşar Nurinin əşyalarını verməyə hazıram” - Yeni guşə yaradılır

"Yaşar Nurinin əşyalarını verməyə hazıram” - Yeni guşə yaradılır

Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Xalq artisti Yaşar Nuri ilə bağlı xatirə guşəsi hazırlayacaq.

Mövzu ilə bağlı Polemika.az-a danışan mərhum aktyorun xanımı Rəhimə Nuriyeva bildirib ki, danışıqlardan sonra o, aktyorun şəxsi əşyalarını muzey əməkdaşlarına təqdim edib:

“Tarix muzeyinin əməkdaşı mənimlə əlaqə saxlayıb dedi ki, Rəhimə xanım, məşhur şəxslərin arxivindən ibarət guşə yaradırıq. İstəyirik ki, Yaşar Nurinin də orada guşəsi olsun”. Dedim ki, əlbəttə, razıyam. O vaxt Teatr muzeyinə lazımi qədər əşyalar vermişəm, bu Azərbaycanın tarixidir, mənim üçün şərəfdir ki, Yaşarın əşyaları orada sərgilənsin. Bu tarix mənim deyil ki, xalqındır. Ona görə sənətkarın əşyaları da xalqa aiddir. Gələcək nəsil üçün də bu vacibdir. Ona görə muzey əməkdaşları bu təklifi edəndə beş əllə razılaşdım.

Bağ evimizdə guşə yaratmışdım, Yaşarın əşyaları orada idi. Muzey əməkdaşlarına dedim ki, bu otaq, o da siz, nəyi ürəyiniz istəyirsə, onu da götürün, mən kənara çəkilirəm. Yaşar özü onsuz da canlı tarix idi. Məndə onun 10 minə yaxın şəkli vardı, mən onları göz bəbəyim kimi qorumuşam. Muzey əməkdaşları da fotoşəkillər, geyimlərindən qalanları, mükafatları, təsbehini və başqa şəxsi əşyalarını götürdülər. 

Belə bir təşəbbüsə çox şadam. Bundan sonra hər hansı muzey yenə açılarsa, Yaşar Nurinin əşyalarını onlara verməyə hər zaman hazıram”.

Əsmətxanım

"Yaşar Nurinin əşyalarını verməyə hazıram” - Yeni guşə yaradılır