"Yaşar Nurinin də qızı başqaları kimi...” – Pişik Günel

"Yaşar Nurinin də qızı başqaları kimi...”

"Yaşar Nurinin də qızı başqaları kimi...” – Pişik Günel

“Hamımız insanıq, istər müğənni, istər adi vətəndaş. Normal insanlar kimi biz məşhurların da həyatında müəyyən problem, maddi çətinlik olur. Müğənninin də borcu ola bilər. Bir müddət əvvəl mən də efirdə bank borcumla bağlı açıqlama vermişdim”.

Bunu Polemika.az-a müğənni Günel Ələkbərova (Pişik Günel) deyib.

O, Əməkdar artist Firuzə İbadova, qarmonçu Gövhər Rzayeva, Yaşar Nurinin qızı Ülkər Yaşarqızının dolanışıq və məişət problemləri ilə bağlı gileylərini dəyərləndirib:

“Bunu insanların səsini də duyurmaq üçün eləmişdim, çünki pandemiya vaxtı idi, hər yer bağlıydı, banklara müraciət etdim ki, insanları sıxışdırmasınlar. Bu o demək deyildi ki, efirdə kimdənsə nəsə istədim. Hətta həmkarlarımdan biri borcumu ödəmək istədi, amma mən bundan imtina etdim. “İnstagram”da nə qədər insan mənə yazdı, lakin özüm-özümə dedim, əlim-ayağım sağ-salamat, niyə kimsə mənə yardım eləməlidir? Kömək əli iuzadanlara da dedim ki, mənə yox, şəhid ailələrinə, qazilərə yardım edin”.

Sənətçi həmkarlanın bunu ehtiyac üzündən etdiyini deyib:

“Efirə çıxıb maddi problemlərindən danışan məşhurları qınamıram, yəqin ki, onların da ehtiyacı var. Bizim peşəmiz elədir ki, bu söhbətlər hər zaman pərdə arxasında qalır, cəmiyyət elə bilir ki, bu adam məşhurdursa, mütləq lüks həyat yaşayır. Bizlər də bir problem olanda çox açıb-ağartmırıq, çünki hər xırda şeyəə görə müğənniləri qınamağa başlayırlar. Elə bilirlər ki, hamı tərbiyəni, əxlaqı müğənnidən götürməlidir. Bu belə deyil, hamı tərbiyəni, etikanı ailəsindən götürür. Müğənnilərin əskiləri tüstülüdür deyə, elə nə oldu onları qınamağa başlayırlar, eləcə də efirdə maddi problemlərini danışan məşhurları...”

Pişik Günel həmkarlarını buna görə rişxənd etmədiyini bildirib:

“Mən heç vaxt heç kimi qınamamışam. Kim istəyər ki, efirdə bunları danışsın? Görün, vəziyyət nə dərəcədə kritikdir ki, Yaşar Nurinin qızı da efirdə soyuducusunu açıb göstərir... O, Xalq artistinin qızıdır, mərhum atası illərlə bu xalqa gülüş bəxş edib. Onun qızına dəstək olmaq lazımdır. Ülkər özü də zəhmətkeş xanımdır, hər zaman çalışır, müğənniliyə də başlayıb. Gileylənirsə, deməli, vəziyyət çox ciddidir. Buna pis baxmıram. Düşünürəm ki, heç bir insan yaxşı yaşadığı halda, xoş günündən efirdə bunları deməz. Pandemiyada o qədər müğənni var idi ki, çarəsiz vəziyyətdə qalmışdı. Bəziləri onun-bunun maşınını sürür, özgə evini öz evi kimi təqdim edir. Bir az anlayışlı olmaq lazımdır, hamının öz problemi var. Toxun acdan nə xəbəri var?! Belə müğənniləri qınayanlar da onun-bunun hesabına yaxşı həyat yaşayanlardır.

Ülkər xanım halal zəhməti ilə yaşayan insandır. Kiminsə hesabına yaşasaydı, efirdə bunları açıb deməzdi. Məsələyə bu mövqedən baxıb qiymətləndirməliyik. Başqasını müzakirə eləməyə nə var ki? Başa düşmək lazımdır. Müğənniyəm deyə, maddi sıxıntı çəksəm, susmalıyam?! Hamımız insanıq. Burada qəbahət heç nə yoxdur. Ona görə də, heç kəs ağız-burun əyməsin, öz işi ilə məşğul olsun və heç kəsdə günah axtarmasın”.

Əsmətxanım

"Yaşar Nurinin də qızı başqaları kimi...” – Pişik Günel