Yasamalda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi

Yasamalda çoxmərtəbəli binada yanğın:

Yasamalda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin mətbəxində əşyalar 6 m² sahədə yanıb.

Polemika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı tüstülənmiş mənzillərdən 15 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yasamalda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi