YAP Xətaidə toplantı keçirdi

YAP Xətaidə toplantı keçirdi

YAP Xətaidə toplantı keçirdi

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı  Məhəmməd Hadi  küçəsi 15 və Qaçaq Nəbi küçəsi  6A ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını  keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyəti dəyərləndirilib.

Yığıncaqlarda çıxış edən  Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə ötən hər bir ilin Azərbaycanın tarixinə mühüm hadisələr yazdığını bildirib: “Qürurvericidir ki, müasir müstəqil Azərbaycanımızın bu günündən dünəninə baxanda biri-birindən əhəmiyyətli uğurları görür və onların əsasında sabaha böyük inamla irəliləyirik.  Zaman, dövr dəyişir. Əsas olan düzgün qurulan və gələcəyə hesablanmış siyasət nəticəsində  dövrün tələblərinə uyğun hədəfləri müəyyənləşdirmək və onlara yüksək səviyyədə nail olmaqla ölkənin hərtərəfli inkişafını təmin etməkdir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan yol  Azərbaycana möhtəşəm uğurlar qazandırır. Ölkəmiz sabitlik diyarı kimi  dünyanın diqqətindədir. Bu amil  həm ölkəmizin daxildə inkişafına, həm də beynəlxalq almdə nüfuzuna müsbət təsirini göstərir. Bütün bu uğurlarımız tarixi Zəfərimizə yol açdı.”

Sonra hesabat-seçki yığıncağında  təşkilati məsələlərə baxılıb. Fəridə Əzizova  Məhəmməd Hadi küçəsi 15 ünvanında yerləşən  ərazi partiya təşkilatının sədri, Cəmilə Hüseynova   sədr müavini, Mehri İsmayılova  Qaçaq Nəbi küçəsi 6A ünvanında yerləşən   ərazi partiya təşkilatının sədri,  Rafiq Məmmədov  isə sədr müavini seçiliblər. 

YAP Xətaidə toplantı keçirdi