“Bu qalibiyyət istər ölkəyə, istərsə də dünyaya yeni reallıqlar gətirdi” - Deputat

“Bu qalibiyyət istər ölkəyə, istərsə də dünyaya yeni reallıqlar gətirdi”

“Bu qalibiyyət istər ölkəyə, istərsə də dünyaya yeni reallıqlar gətirdi” - Deputat

“Bu gün Azərbaycan xalqı tarixinin ən parlaq günlərini yaşayır. Tarixi qələbə bundan sonrakı Azərbaycanı daha güclü və qüdrətli edəcək”.

Bu sözləri Polemika.az-a Zəfər Günü ilə bağlı danışan deputat Cavid Osmanov söyləyib. 

O, Azərbaycanın dünya erməni faşizminə qalib gəldiyini qeyd edib:

“Azərbaycan ötən ilin 8 noyabrında Şuşanı işğaldan azad etdi və cənab prezident İlham Əliyevin sərəncamı ilə 8 Noyar Zəfər Günü kimi tarixə əlavə olundu.

Azərbaycan ötən il sentyabrın 27-i başlayan və 44 gün davam edən Vətən müharibəsində cənab Prezidentin qurduğu doğru strategiya, prinspiallıq və qətiyyətliliklə düzgün döyüş strategiyası ilə tarixinin ən parlaq qələbəsini qazandı. Rəşadətli Azərbaycan ordusu 44 gün ərzində bir addım belə geri çəkilmədi, 8 Noyabr Şuşanın işğaldan azad olunma günü kimi tarixə qovuşdu.

Tarixi qələbədən sonra Azərbaycan xalqı yeni bir mərhələyə qədəm qoydu. Bu qalibiyyət istər ölkəyə, istərsə də dünyaya yeni reallıqlar gətirdi. 

Azərbaycan tarixi ədaləti bərpa edib. Tarixi qələbə bundan sonrakı Azərbaycanı daha güclü və qüdrətli edəcək.

Biz xalq olaraq dünya erməni faşizminə qalib gəldik. Yalnız ərazi bütövlüyü təmin edilmədi, eyni zamanda bölgəyə sülh, əmin-amanlıq, tərəqqi gəldi.

Azərbaycanın tarixi zəfəri bütün Türk dünyasının baş ucalığıdır. Zəfər günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm”.

Mehri Qurban

“Bu qalibiyyət istər ölkəyə, istərsə də dünyaya yeni reallıqlar gətirdi” - Deputat