"Yandex"in işində nasazlıq yaranıb

"Yandex"in işində nasazlıq yaranıb

Bu gün “Yandex” servisində nasazlıqlar yaranıb.

Polemika.az xəbər verir ki, istifadəçilər məşhur internet resurslarında nasazlıqlar və kəsintilərdən şikayətlənib.

“Downdetector” saytı xidmətlə bağlı problemlər barədə məlumat yayıb.

Moskva vaxtı ilə saat 9.37-yə olan məlumata görə, "Yandex"dən 1590 şikayət qeydə alınıb. Eyni zamanda, iddiaların 79%-i vebsaytın fəaliyyəti ilə bağlıdır, istifadəçilərin 14%-i daxil ola bilməməkdən, digər 8%-i isə axtarış sistemindəki problemlərdən şikayətlənir.

Moskva, Sankt-Peterburq, Yekaterinburq, Novosibirsk və Rusiyanın digər şəhərlərinin sakinləri ilə bərabər, digər ölkələrin şəhərlərində, o cümlədən Bakıda problemlərlə üzləşib.

"Yandex"in işində nasazlıq yaranıb