Xəbərdarlıq: "Bunu edən valideyn övladının bədbəxtliyinin şahidi olacaq"

Xəbərdarlıq: "Bunu edən valideyn övladının bədbəxtliyinin şahidi olacaq"

Xəbərdarlıq: "Bunu edən valideyn övladının bədbəxtliyinin şahidi olacaq"

Əvvəllər azərbaycanlıların əcnəbilərlə ailə həyatı qurması qəbahət sayılırdı. Başqa xalqların nümayəndələri ilə, ələxüsus da ruslarla izdivac nadir hallarda baş verirdi.

İndi isə vəziyyət dəyişib. Xarici ölkə vətəndaşları ilə nikaha girənlər bunu nəinki gizlədir, əksinə, bu qərarlarına görə fəxr edirlər.

Buna səbəb nədir? Azərbaycanlılar arasında əcnəbilərlə evlənənlərin sayı niyə sürətlə artır?

Mövzu ilə bağlı Polemika.az-a açıqlama verən psixoloq Vəfa Əkbər bildirib ki, bu yanaşma tamamilə yanlışdır.

“Əvvəllər insanlar daha çox bir evdə yaşayırdılar. Ailənin bir ağsaqqalı, ağbirçəyi olurdu və bütün digər ailə üzvlərinin həyatına onlar qərar verirdilər. Bu da təbii ki, yaxşı bir hal deyildi. Çünk cütlüklər istədikləri həyatı yaşaya bilmir, istədikləri seçimi edə bilmir, öz istədikləri ilə ailə həyatı qura bilmirdilər. Bu gün isə bu situasiya bunun əksini göstərir. Müasir uşaqlar üsyankar böyüyür. Fərdlərin öz şəxsi seçimlərinin olmasını unutmamalıyıq. Bunu bizim cəmiyyətimizin qəbul etməsi çətin kimi görünə bilər, yalnız öz seçimlərinin doğru olduğunu düşünmək, empatiya qurmamaq yanlışdır. Tutalım, bir valideyn övladının xariciyə ərə getməsini istəmir və əngəl olur, başqası ilə ailə həyatı qurmağa məcbur edir. Bu isə o deməkdir ki, övladı xoşbəxt bir evlilik yaşamayacaq və bütün həyatı boyu anasına nifrət bəsləyəcək”.

V.Əkbər qeyd edib ki, bunu edən hər bir valideyn övladının yalnız bədbəxtliyinin şahidi olacaq.

“İnsanlar bir-birlərini başa düşürlərsə, bir-birinə uyğundursa, bir-birinin dilini başa düşürsə - söhbət danışıq dilindən getmir, ruh dilindən gedir - artıq hansı millətdən olması maraqlı olmamalıdır. İndiki dövrdə sadəcə o ənənə, mental dəyərlər, basqı, qınaqdan qaçmaq üçün xarici vətəndaşla ailə həyatı qurmaqdan çəkinirlər. Bəzi gənclər isə bundan açar kimi istifadə edirlər. Düşünürlər ki, xarici vətəndaşla ailə həyatı qurmaq qurtuluş yoludur”.

Ayzel

Xəbərdarlıq: "Bunu edən valideyn övladının bədbəxtliyinin şahidi olacaq"