Xocavənddən 7 ton dəmir oğurlayan şəxs saxlanıldı - Foto

Xocavənddən 7 ton dəmir oğurlayan şəxs saxlanıldı

Xocavənddən 7 ton dəmir oğurlayan şəxs saxlanıldı - Foto

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində nəzarət-profilaktiki tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Polemika.az-a verilən məlumata görə, noyabr ayının 6-da saat 3 radələrində Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Məmməddərə kəndi ərazisindəki stasionar postda “Shacman” markalı avtomobilin sürücüsü İsmayıl İsmayılova “saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsinə məyyən edilmiş qaydada baxış keçirilib, bu zaman avtomobilin yük yerindən 7 ton dəmir məmulatları və 2 baş heyvan aşkar edilib.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar aparılır.

Xocavənddən 7 ton dəmir oğurlayan şəxs saxlanıldı - Foto