“Xilə”nin oyunçuları koronavirusa yoluxub ?
“Xilə”nin oyunçuları koronavirusa yoluxub ?
Futzal üzrə Azərbaycan Yüksək Liqasının 9-cu turunda “Xilə” – “Baku Fire” qarşılaşması təxirə salınıb.
Federasiyadan Polemika.az-a verilən məlumata görə buna səbəb “Xilə” komandasının bir neçə oyunçusunun səhhətində narahatlığın (yüksək temperatur) yaranmasıdır. Klub məsələ ilə bağlı Azərbayan Futzal Federasiyasına müraciət edib.
Problemi nəzərə alan federasiya matçın qeyri-müəyyən vaxta təxirə salınması barədə qərar qəbul edib. Həmin futzalçılardan koronavirusla bağlı test götürülüb. Hələlik nəticələr açıqlanmayıb.
Qeyd edək ki, görüş noyabrın 26-da keçirilməli idi.