Xankəndində “Azərbaycan –sivilizasiyanın düşmənidir” adlı “kitab” buraxıldı…

Xankəndində “Azərbaycan –sivilizasiyanın düşmənidir” adlı “kitab” buraxıldı…

Xankəndində “Azərbaycan –sivilizasiyanın düşmənidir” adlı “kitab” buraxıldı…

44 günlük savaş zamanı bayrağımızı sancmaqdan son anda çəkindiyimiz Xankəndi şəhərimizdə Azərbaycan xalqına və dövlətinə qarşı növbəti təxribat törədilib.

Dekabrın 14-də  Xankəndinin “Mesrop Maştots adına erməni universiteti”ndə “Azərbaycan – sivilizasiyanın düşmənidir” silsiləsinin nəşrinə həsr olunmuş mətbuat konfransı keçirilib.

“Polemika.az” Moderator.az-a istinadən xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.

“Elmi nəşr” hesab olunan bu hədyan dolu üzdəniraq kağız topası Mesrop Maştots “universiteti”nin Qafqaz araşdırmaları mərkəzi, “mədəni irsin qorunması üzrə ictimai şura” ictimai təşkilatı və “Qolos Armeniyi” müstəqil ictimai-siyasi qəzetinin birgə layihəsidir.

Xəbərdə bildirilir ki, hələlik rus dilində nəşr olunmuş bu hədyannamənin dünyanın müxtəlif aparıcı dillərinə tərcümə olunacağı planlaşdırılır.

 

Xankəndində “Azərbaycan –sivilizasiyanın düşmənidir” adlı “kitab” buraxıldı…