Xanım sərnişinlərə qarşı nalayiq hərəkətlər edən sürücü həbs edildi

Xanım sərnişinlərə qarşı nalayiq hərəkətlər edən sürücü həbs edildi

Xanım sərnişinlərə qarşı nalayiq hərəkətlər edən sürücü həbs edildi

Bakıda sərnişinlərə qarşı nalayiq hərəkətlər edən sürücü həbs olunub.

Polemika.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr və Vətəndaşlarla İş şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, xanım müştərilərə qarşı hörmətsizlik edən taksi sürücüsü, 1989-cü il təvəllüdlü Röyal Həsənov barəsində toplanmış materiallar baxılması Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə xuliqanlıq hərəkətləri törətməkdə təqsirləndirilən R.Həsənov barəsində qərar çıxarıb. O, məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati həbs olunub və 1 illik sürücülük hüququndan məhrum edilib.

Xanım sərnişinlərə qarşı nalayiq hərəkətlər edən sürücü həbs edildi