“Visa” və “Mastercard” Rusiyada fəaliyyətini dayandırdı

“Visa” və “Mastercard” Rusiyada fəaliyyətini dayandırdı

“Visa” və “Mastercard” Rusiyada fəaliyyətini dayandırdı

“Visa” və “Mastercard” beynəlxalq ödəniş sistemləri Bazar gününə keçən gecə Rusiyada fəaliyyətini dayandırıb.

Polemika.az “İnterfaks”a istinadla xəbər verir ki, şirkətlər Rusiya Federasiyasındakı bütün əməliyyatları məhdudlaşdırdıqdan sonra Rusiya banklarının buraxdığı kartlar xaricdə, həmçinin, xarici maliyyə qurumları tərəfindən buraxılan kartlar Rusiyada işləməyəcək.

“Visa" və "Mastercard" qərarlarını Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə izah ediblər.

Rusiya Mərkəzi Bankı təsdiq edib ki, Rusiya bankları tərəfindən buraxılan bütün Visa və Mastercard kartlarının müddəti bitənə qədər Rusiya Federasiyası ərazisində adi qaydada fəaliyyətini davam etdirəcək. Bank nağd pul çıxarmağı və ya onun qəbul edildiyi ölkələrdə Rusiyanın "Mir" ödəniş sisteminin kartından istifadə etməyi tövsiyə edir.

Rusiya ödəniş sisteminin rəsmi saytındakı məlumatlara görə, "Mir" kartları Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Vyetnam, Ermənistan, Belarusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Kiprdə qəbul edilir.

 

“Visa” və “Mastercard” Rusiyada fəaliyyətini dayandırdı