Vanqanın koronavirus haqqında dedikləri

Vanqanın koronavirus haqqında dedikləri

Vanqanın koronavirus haqqında dedikləri

Bolqar görücü Vanqa uzun illər əvvəl koronavirus pandemiyasının başlanacağını proqnozlaşdırmışdı.

Polemika.az bildirir ki, koronavirus 2019-cu ildə dünyanı bürüyüb. O vaxt heç kim ağlına belə gətirə bilməzdi ki, koronavirus infeksiyası bütün planeti ələ keçirəcək və genişmiqyaslı pandemiya ilə nəticələnəcək.

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, virusa qarşı mübarizə asan olmayacaq, kollektiv immunitetin yaranması üçün əhalinin kütləvi peyvəndlənməsi lazımdır.

Vanqa 1995-ci ildə pandemiyanın başlanğıcını proqnozlaşdırıb. Kahin dünyaya yeni infeksiyanın gələcəyi yeri də dəqiq göstərib - bura Çindir.

Vanqa yazırdı ki, xəstəlik hər yerdə olacaq, bəla "sarıdan" gələcək, bundan sonra planeti keçmişdən gələn yeni bir dəhşətli xəstəlik bürüyəcək.

O, qısa müddət ərzində virusun çox sayda insanın həyatını ala biləcəyini iddia edib. Vanqa deyib ki, xəstəlik planetdə tüğyan edəcək, bizə Şərqdən gələcək, amma Avropaya təsir edəcək.

Kahin qeyd edib ki, xəstəlik bəşəriyyətə təsir etməyə başlayacaq, xəstəlik başladığı kimi birdən-birə sona çatacaq. Vanqa ümidsiz olmamağa və inanmağa çağırıb, əks halda ən sağlam insan belə ölə bilər./Lent.az

Vanqanın koronavirus haqqında dedikləri