“Uşaqların başına nə gəlirsə, “TikTok”-dan gəlir” - Təhsil eksperti

“Uşaqların başına nə gəlirsə, “TikTok”-dan gəlir”

“Uşaqların başına nə gəlirsə, “TikTok”-dan gəlir” - Təhsil eksperti

“Uşaqların başına nə gəlirsə, “TikTok”-dan gəlir”.

Bunu Polemika.az-a açıqlamasında təhsil eksperti Ramal Şəmşədli deyib.

Onun sözlərinə görə, sosial mediadan istifadədə yaş həddi müəyyənləşdirilməlidir:

“İlk növbədə, məktəblərdə yaranmış vəziyyətlə bağlı problemi sosial mediada görürəm. Uşaqlar “TikTok”-dan ifrat dərəcədə istifadə edir. Başlarına nə gəlirsə, “TikTok”-dan gəlir. Baxış sayına görə bu kimi əməllərə əl atırlar.

Bununla yanaşı, “Facebook”, “Instagram” kimi sosial şəbəkələr xüsusi nəzarətə alınmalıdır. Cavanlar sosial mediadan düzgün istifadə edə bilmir. Əvvəlki dövrlərdə uşaqları çöldən içəri yığmaq olmurdu. İndi isə evdən çölə çıxartmaq olmur. Çünki telefon aludəçiliyi gənclərimizin, uşaqlarımızın qanına işləyib. Ümumiyyətlə, məktəblinin adına heç bir sosial media hesabı açılmamalı, açana cəza tətbiq olunmalıdır. Məktəblilər məktəbə telefon gətirməməlidir. Əks təqdirdə, bu kimi hallar artacaq”.

Ekspertin sözlərinə görə, müəllim yox, uşaqlar cəzalandırılmaldıır:

“Sinifdə dəcəllik, sözə qulaq asmama bütün dövrlərə aiddir. Biz də dərsdən qaçmışıq. Bu əslində, normal şeydir. Sadəcə, videoların birində müəllimin uşaqların hərəkətinə reaksiya verməməsi düzgün deyil. Müəllim dərs keçməlidir. 45 dəqiqədə dərs verməklə məşğul olmalıdır. Amma müəllim tərbiyəçi deyil. Uşaqdan narazıdırsa, direktora müraciət edib, valideynini çağırtdırmalıdır. Cəzalandırma olmasa, mümkün deyil. Bu tip uşaqlar sinfdə qalmalıdır”.

R.Şəmşədli qeyd edib ki, məktəblərdə psixoloq və psixoloji testin tətbiqi şərtdir:

“Sözdə bu var, lakin reallıqda yox. Özəl məktəblərdə bu kimi hallar yaşanmır. Çünki ciddi qayda-qanun, nəzarət var. Uşağı danlananda valideyn müəllimdən şikayətçi olmur. İxtiyar məktəbə veririlir. Yəni idarəetmə yaxşı olsa, şagirdlərin davranışı da yaxşı olacaq”.

Nəzrin Vahid

 

“Uşaqların başına nə gəlirsə, “TikTok”-dan gəlir” - Təhsil eksperti