Ukraynaya qarşı ərəb muzdlular hazırlanır?

Ukraynaya qarşı ərəb muzdlular hazırlanır?

Ukraynaya qarşı ərəb muzdlular hazırlanır?

Rusiya Donbassda döyüşmək üçün Suriyadan ərəb muzdluları gətirməyə hazırlaşır.

“Russkaya Vesna” portalının yazdığına görə, bu haqda müxalif Suriya KİV-lərində məlumatlar yer alıb.

Bildirilir ki, rusların sayəsində Əsəd hakimiyyətinin tərəfinə keçmiş və hazırda könüllülər korpusunda cəmləşmiş keçmiş yaraqlılardan ibarət dəstələr Donbassa göndərilmək üçün hazırlanır. Onların əksəriyyəti təcrübəli döyüşçülərdir və əsasən Deraa bölgəsindəndir.

“Məlumatlı mənbələr “Deraa 24” agentliyinə təsdiq ediblər ki, Rusiya dördüncü və beşinci korpusların hərbi qulluqçularını, habelə general Suheyl əl-Həsənin “Pələng” diviziyasının döyüşçülərini muzdla ələ almağa, onlara T-4 aviabazasında yenidən hazırlıq keçməyə hazırlaşır. Təlimlər yaxın həftələrdə başlayacaq”, - məlumatda iddia olunur.

Ukraynaya qarşı ərəb muzdlular hazırlanır?