Ukrayna son 24 saatda: Nələr baş verib?

Ukrayna son 24 saatda:

Ukrayna son 24 saatda: Nələr baş verib?

Son 24 saatda Ukraynada nələr baş verib?

Polemika.az həmin xronologiyanl təqdim edir:

İlk olaraq, Ukrayna mediasının verdiyi məlumata görə, Ukrayna ordusu qüvvələrini Rusiyanın qoşun yeritdiyi Krım yarımadasının şimal xəttində möhkəmləndirməyə başlatdığını bildirib.

Elə bu zəmində Ukraynanın XİN rəhbəri Dmitri Kuleba Rusiyaya 48 saat vaxt verdiyi açıqladı.

“Biz Vyana Sənədinin III Bölməsinə uyğun olaraq təhlükənin azaldılması mexanizmini rəsmi şəkildə tətbiq etdik və Rusiya Federasiyasından Ukrayna ərazisinə bitişik ərazilərdə hərbi fəaliyyətlə bağlı ətraflı izahat verməsini xahiş etdik. 

Vyana Sənədinin müddəalarına uyğun olaraq, Rusiya Federasiyası hərbi fəaliyyətin dəqiq sahələrini göstərməli, onun tamamlanma tarixlərini, habelə hərbi birləşmələrin adını, tabeliyini, sayını, habelə silah və hərbi texnikanın növlərini göstərməlidir. Rusiyanın cavab vermək üçün 48 saat vaxtı var”, - deyə açıqlamada qeyd olunur.

Bu açıqlamadan sonra Avropa Birliyi Ukraynadakı birliyə üzv ölkələrin vətəndaşlarını ölkəni dərhal tərk etməsi barədə xəbərdarlıq edib.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan isə qeyd edib ki, müharibə qərarını Putin verib, ABŞ yox:

"Biz qərar verilib demirik, qərarı Putin verib. İşğala ABŞ dərhal qarşılıq verəcək və sonda Rusiya öz gücünü və nüfuzunu tamamilə itirəcək. ABŞ vətəndaşları 24-48 saat ərzində dərhal Ukraynanı tərk etməlidir."

Hadisələrin getdikcə gərginləşdiyi bu məqamda rəsmi Moskvadan verilən məlumata görə, Putin və Bayden arasındakı telefon görüşünün 12 fevral axşam saatlarında baş tutacağı bildirildi.

Bundan sonra isə Ukraynadakı xarici səfirliklər bu ölkəni tərk etməyə başlayıb. İlk adddımı atan isə İsrail oldi. Belə ki, İsrail Ukraynadakı səfirlik işçilərinin ailələrini təxliyə etməyə başladı.

Daha sonra isə Hollandiya hökuməti vətəndaşlarına Ukraynanı tərk etmək barədə açıqlama yayıb. 

Norveç XİN də analoji bəyanatı verərək deyib: "Vətəndaşlarımıza təcili Ukraynanı tərk etməyə çağırırıq. Belarusa, Rusiyaya Ukrayna ilə sərhədin 250 km-liyinə qədər səfərlər etməyin".

Bundan sonra Latviya da vətəndaşlarına qısa zamanda Ukraynanı tərk etməyə çağırıb.

Britaniya XİN də öz açıqlamasında bildirib ki, Britaniya səfirlik işçilərini Kiyevdən çıxarır və o konsulluq yardımı göstərə bilməyəcək: "Ukraynaya getməyin, tezliklə oranı tərk edin", - deyə bəyanatda bildirilir.

Almaniyanın "Bloomberg" və "Der Spiegel" nəşrləri isə iddia edir ki, müharibə 15-16 fevralda başlaya bilər. 

Ukrayna son 24 saatda: Nələr baş verib?