Ukraynalı qaçqınlar: Müharibə gedən ölkədən Azərbaycana nə qədər insan sığınıb?

Ukraynalı qaçqınlar:  Müharibə gedən ölkədən Azərbaycana nə qədər insan sığınıb?

Ukraynalı qaçqınlar: Müharibə gedən ölkədən Azərbaycana nə qədər insan sığınıb?

Ukraynanı artıq 2 milyon insan tərk edib. Miqrasiya axını əsasən Şərqi Avropa ölkələrinədir: Polşa, Çexiya, Slovakiya, Rumıniya. Digər ölkələrə, o cümlədən İsrailə böyük axın var. Keçmiş postsovet ölkələrinə Ukraynadan gələnlərlə bağlı isə ziddiyyətli məlumatlar var.

Polemika.az-a açıqlamasında Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirib ki, Komitənin fəaliyyəti yalnız azərbaycanlı qaçqınlarla məhdudlaşır. 

"Qaçqınkom"un fəaliyyəti ancaq ölkədaxili qaçqınları əhatə edir, qaçqın statuslu əcnəbilərə dair məsələlər Dövlət Miqrasiya Xidmətinin səlahiyyətinə daxildir", - deyə İbrahim Mirzəyev vurğulayıb.

Miqrasiya Xidməti Azərbaycanda olan ukraynalı qaçqınlarla bağlı hələlik məlumat yaymasa da, ümumi qaydalar bəllidir. 

Qeyd edək ki, Ukraynadan gəlməsi ehtimal olunan şəxslər Azərbaycanda cəmi 90 gün qala bilirlər. Doğrudur, bu müddəti sonradan təxmini yarım il uzatmaq mümkündür. 

Əgər yarım il sonra əcnəbi qaçqının getməyə yeri yoxdursa, o zaman qaçqın statusu almaq üçün müraciət edə bilər.

Yeri gəlmişkən, Ukraynada Azərbaycandan köçmüş və uzun illər bu ölkədə yaşayaraq yerli vətəndaşlıq alan xeyli soydaşımız var. İlkin məlumatlara görə, Ukraynadan ölkəmizə təxminən 1600 adam təxliyə olunub. Onların bir qismi hazırda Azərbaycandakı yaxınlarının mənzillərində məskunlaşıb. 

Təxliyə olunanların gələcək statusu ilə bağlı hələlik aydınlıq yoxdur. Ukrayna vətəndaşlığı olan insanların digər ölkələrə üz tutması da istisna deyil.

Mehri QURBAN

Ukraynalı qaçqınlar: Müharibə gedən ölkədən Azərbaycana nə qədər insan sığınıb?