Ukraynada baş verən hadisələr Azərbaycan manatına necə təsir edəcək?

Ukraynada baş verən hadisələr Azərbaycan manatına necə təsir edəcək?

Ukraynada baş verən hadisələr Azərbaycan manatına necə təsir edəcək?

Ukrayna ətrafındakı vəziyyət Azərbaycan valyutasına heç bir şəkildə təsir etməyəcək.

Bunu Sputnik Azərbaycan-a iqtisadçı ekspert Aleksandr Razuvayev Ukraynada baş verənlərin proseslərin Azərbaycan manatına təsir edib-etməyəcəyini şərh edərkən deyib.

"Ukraynada baş verənlər iqtisadiyyatla bağlı olmayan siyasi böhrandır. Buna görə inkişaf etməkdə olan ölkələrin valyuta bazarında, fond birjada geniş satışlar ehtimalı azdır", - iqtisadçı deyib.

Onun sözlərinə görə, yeganə mümkün mənfi cəhət FED-in faiz dərəcəsinin artmasıdır ki, bu da Azərbaycan manatına pis təsir edə bilər:

"Bu, Azərbaycan manatı üçün pisdir. Amma bunun Ukrayna ilə heç bir əlaqəsi yoxdur, hər şey ABŞ-da inflyasiya ilə bağlıdır".

Razuvayevin qeyd etdiyi kimi, Qərb indi Rusiya neft və qazından asılılığını azaltmağa çalışır. Odur ki, buna əvəz axtaracaq:

"Bu həm də Azərbaycandan əlavə həcmdə qaz və neft almağın hesabına mümkündür. Bu isə Azərbaycan milli valyutası üçün müsbət məqamdır."

Agentliyin həmsöhbətinin fikrincə, xam neftin bugünkü qiymətləri fonunda Azərbaycanın dövlət büdcəsi sabitdir: “Həmçinin suveren reytinqlərin artması da mümkündür".

Beləliklə, Ukraynada baş verən son hadisələrin Azərbaycanın maliyyəsinə xüsusi təsiri gözlənilmir. Ekspert Bakının xüsusi narahatlığına səbəb görmür.

Ukraynada baş verən hadisələr Azərbaycan manatına necə təsir edəcək?