Ukrayna böhranı: "Rusiya müharibəni Avropanın içəsinə doğru yaymağa çalışacaq"

Ukrayna böhranı: "Rusiya müharibəni Avropanın içəsinə doğru yaymağa çalışacaq"

Ukrayna böhranı: "Rusiya müharibəni Avropanın içəsinə doğru yaymağa çalışacaq"

“Təəssüf ki, bütün ölkələr artıq Üçüncü Dünya müharibəsinin içərisindədir".

Bunu Polemika.az-a açıqlamasında siyasi şərhçi Fəqani Məhərrəmli bildirib.

“Avropa ölkələrinin, Amerika və digər ölkələrin öz vətəndaşlarını təkcə Ukraynadan deyil, Belarusdan, Rusiyadan çıxmağa çağırış etməsi müharibə alovunun daha geniş məkana yayılacağından xəbər verir. Ötən Bazar günü Putinin müdafiə naziri Şoyqu və Baş Qərargah rəisi Gerasimovla görüşündə strateji çəkindirmə, yəni nüvə silahını xüsusi döyüş rejiminə keçirməsi bəşəriyyətin nə qədər böyük bir təhlükə ilə üz-üzə olduğunu bir daha sübut edir.

Ukrayna, əslində, Qərblə Rusiya arasında bir poliqona çevrilib. Qərb Ukraynada mövqe savaşlarına, şəhər müharibəsi, küçə döyüşlərinə girib. Bu, böyük müharibədən yayınmaq üçündür. Belə görünür ki, Rusiya küçə döyüşlərinə hazır deyil. Eyni zamanda, Rusiya ağır sanksiyalara məruz qaldığına görə müharibəni daha da genişləndirə bilər.

Hədəfin Polşa və Pribaltika ölkələri olması ehtimalı yüksəkdir. Tarix də bunu bizə belə öyrədir. Rusiya tarixində heç vaxt  bu qədər ağır sanksiyalarla üzləşməyib və bu qədər müttəfiqsiz qalmayıb. Bu da Rusiyanı çox narahat edən bir məsələdir. Beynəlxalq ictimai rəy, güclü təbliğat maşınları Ukrayna tərəfdədir. Rusiya çox zəif görünür. Lakin Rusiyanın da tarixinə nəzər salsaq, görərik ki, onlar ən çətin situasiyalardan çıxmağı bacarıblar”.

Siyasi şərhçi Qomel görüşü haqqında da danışıb:

“Bu gün Belarusun Qomel şəhərində keçirilən danışıqların ciddi bir nəticə verəcəyi ehtimal edilmir. Rusiya qalib gələ bilmir. Bu təbiidir, çünki ordulara xalqa qalib gəlmək mümkün deyil. Buna görə də, Rusiya müharibəni Avropanın içəsinə doğru yaymağa çalışacaq. Bu məsələdə rus xalqının mövqeyi çox önəmlidir. Rus xalqı sözünü deməlidir və deyəcək”.

Mehri QURBAN

Ukrayna böhranı: "Rusiya müharibəni Avropanın içəsinə doğru yaymağa çalışacaq"