"Uğur" sahibinə uğur gətirmədi - 4 min manatlıq cərimə

"Uğur" sahibinə uğur gətirmədi - 4 min manatlıq cərimə

"Uğur" sahibinə uğur gətirmədi - 4 min manatlıq cərimə

Cəlilabadda şadlıq sarayının sahibi 4000 manat cərimələnib. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə polis bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yerləşən “Uğur” şadlıq evində təşkil edilən toy mərasimində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı aşkarlanıb. Həmin şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat cərimə olunub.

"Uğur" sahibinə uğur gətirmədi - 4 min manatlıq cərimə