“Tərtər işi”ndə işgəncənin başında duranlar kimlərdir?

“Tərtər işi”ndə işgəncənin başında duranlar kimlərdir?

“Tərtər işi”ndə işgəncənin başında duranlar kimlərdir?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Tərtər işi” ilə bağlı fikirlərini şərh edib.

“Polemika.az” xəbər verir ki, hüquqşünas Baş Prokurorluğunun hazırki mövqeyini dəstəkləyib.  O, açıqlamasında diqqətə çatdırıb ki, Tərtər, Ağdam, Beyləqanda bir qrup hərbiçilərimizə qarşı törədilmiş amansız cinayətlərə hüquqi qiymət verilməsi üçün cinayət işinin istintaqı təzələnib: 

“Bildiyimiz kimi, başda Kamran müəllim olmaqla, bu iş hüquqi termində desək, nəzarət altına götürüldü və artıq proses başlanılıb. Təbii ki, bütün cəmiyyət bu işin şəffaf şəkildə araşdırılmasını istəyir. Bugünədək 163 şəxs zərərçəkən idisə, artıq bu say 281 nəfərə çatıb. Bunun artacağını da istisna etmirəm. Bu işdə əsas Nəcməddin Sadıqovun adı hallandırılırdı. Mən hüquqşünasam, onun nə dərəcədə məsuliyyətli olub-olduğunu bilmirəm, amma Baş Qərargah rəisi idisə, o, bunları bilirdi. Niyə qarşısı alınmırdı? Digər vəzifəli şəxslər də bunu görürdülər, ancaq qarşısını almırdılar. Ona görə də, hazırda iş həbs edilən 4 nəfərlə kifayətlənməyəcək, yəqin ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu yavaş-yavaş bu işin istintaqı getdikcə, harada qanun pozuntusu var onu araşdıracaq və kimlər tərəfindən törədildiyini müəyyən edəcək. Çox gümanki, onlar barəsində müvafiq qərarlar qəbul ediləcək. Hesab edirəm ki, bu məsələyə susqunluq göstərən vəzifəli şəxslər də həbs olunmalıdır. Nəyə görə, onlar Azərbaycan ordusunun bu cür gözdən salanlara, orduda məyusluq yaradanlara susqunluq nümayiş etdirirdilər? Nəyə görə ölkə rəhbərliyinə yanlış informasiya verirdilər? Bu suallara cavab tapılmalıdır. Bu göstərişi kimlər verib? Bu, 5-ci kolonda ola bilər, başqa dövlətlərin sifarişi ilə insanların əli edilmiş də ola bilərdi. Bəs niyə insanlığa, kişiliyə, müsəlmançılığa yaraşmayan formada insanlara qarşı edilən işgəncələrə göz yumurdular? Buna susqunluq edənlər, ölkə rəhbərliyini aldadanlar cinayət məsuliyyəti daşıyırlar. Biz Azərbaycan ordusunun nəyə qadir olduğunu gördük. Bizim ordumuz 44 gün ərzində 30 illik arzumuzu gerçəkləşdirdilər. Belə bir zabitə, əsgərə böhtan atmaq olarmı? İşgəncələrə məruz qalanların çoxu xüsusi təyinatlılardır, hansılar ki, bizim torpaqlarımızı işğal altından azad edənlərdir. Artıq həqiqətin açılmasına start verilib. Ümid edirəm ki, zərərçəkənlər Baş Prokurorluğa çağırışına müsbət cavab verəcəklər və Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə əməkdaşlıq etməkdən çəkinməyəcəklər. Bu cinayəti törədənlər layiqli cəzalarını almalıdırlar ki, birdə ölkəmizdə belə hadisələr təkrar olunmasın. Kimin ki, bu işdə əli var, bilsinlər ki, hamısı layiqli cavablarını alacaqlar”.

Çingiz Qənizadənin bu barədə geniş video şərhini sizlərə təqdim edirik:

 

“Tərtər işi”ndə işgəncənin başında duranlar kimlərdir?