​​​​​​​Təhsil Nazirliyi 266 milyon manatlıq iki tenderə yekun vurdu

​​​​​​​Təhsil Nazirliyi 266 milyon manatlıq iki tenderə yekun vurdu

​​​​​​​Təhsil Nazirliyi 266 milyon manatlıq iki tenderə yekun vurdu

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra təhsil müəssisələrində qazanxana və istilik sistemləri üçün avadanlıqların alınıb -quraşdırılması (1), eləcə də “maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Polemika.az-ın məlumatına görə, "Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Parlaq-N" MMC və "Simplex" QSC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 24,376 milyon manat və 241,673 milyon manat, ümumilikdə isə 266,05 milyon manat ödəniləcək.

Xatırladaq ki, "Simplex" şirkəti Təhsil Nazirliyinin digər tenderlərində də qalib elan olunub. 

​​​​​​​Təhsil Nazirliyi 266 milyon manatlıq iki tenderə yekun vurdu