"Türkiyəyə 20 min ukraynalı sığınıb" - Baxçalı

"Türkiyəyə 20 min ukraynalı sığınıb" - Baxçalı

"Türkiyəyə 20 min ukraynalı sığınıb" - Baxçalı

"Müharibə başlayandan indiyədək Türkiyəyə gələn ukraynalıların sayı 20 minə çatıb". 

Polemika.az xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

O qeyd edib ki, görünən mənzərə Rusiyanın iddia etdiyi kimi ikitərəfli münaqişə deyil, söhbət birtərəfli işğaldan gedir.

"Burada əsas məsuliyyət Rusiyanın üzərinə düşür. Çünki ilk atəş açan, Ukrayna torpaqlarına girən Rusiyadır”, - deyə Baxçalı bildirib.

O əlavə edib ki, Rusiya və Ukrayna XİN başçılarının Antalya Diplomatiya Forumu çərçivəsində baş tutacaq görüşü diqqətəlayiq və ümidverici hadisədir.

 

"Türkiyəyə 20 min ukraynalı sığınıb" - Baxçalı