Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Konya vilayətində 5.1 bal gücündə zəlzələ baş verib.

Polemika.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 20:43-də qeydə alındığını açıqlayıb.

Zəlzələ Konyanın Meram rayonunda yerin 10,61 kilometr dərinliyində baş verib.

Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.

Türkiyədə güclü zəlzələ oldu