Türkiyə parlamenti toplaşır: Ermənistanla münasibətlər müzakirə olunacaq

Türkiyə parlamenti toplaşır: Ermənistanla münasibətlər müzakirə olunacaq

Türkiyə parlamenti toplaşır: Ermənistanla münasibətlər müzakirə olunacaq

“Türkiyə hökumətinin fevralın 16-da keçiriləcək iclasında Ermənistanla münasibətlərin normallaşması prosesinə toxunulacaq”.

Polemika.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

İclasda Türkiyə iqtisadiyyatında baş verən hadisələr, xüsusilə yüksək inflyasiya məsələsi, Rusiya-Ukrayna münasibətlərindəki gərginlik, Türkiyənin bu istiqamətdə atdığı addımlar, Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfərinə hazırlıq, İsrail prezidentinin növbəti Türkiyə səfəri müzakirə olunacaq.

Qeyd olunur ki, xüsusi nümayəndələr səviyyəsində Ermənistanla danışıqlarda mövcud vəziyyət təhlil ediləcək.

Sessiyanın sonunda Türkiyə prezidenti vətəndaşlara müraciət edəcək. 

Türkiyə parlamenti toplaşır: Ermənistanla münasibətlər müzakirə olunacaq