“Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması...” – Şərh 

“Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması...” – Şərh 

“Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması...” – Şərh 

Türkiyə ilə Ermənistan arasında münasibətlərin yumşalması iki ölkə arasında sərhədlərin açılmasını yenidən gündəmə gətirib. Bəzi ekspertlərin fikrincə, bundan sonra çoxlu sayda erməni miqrant Türkiyəyə axın edəcək. Eyni zamanda, Türkiyədə öz layihələri və məhsulları ilə Ermənistanın istehlak bazarına hakim olacaq.

İqtisadçı ekspert Natiq Cəfərli Polemika.az-a açıqlamasında deyib ki, əlaqələrin genişlənməsi sülh quruculuğu işinə müsbət təsir göstərə bilər:

“Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması, iqtisadi münasibətlərin bərpa olunması indiki zamanda Azərbaycan dövlətinin maraqlarına xidmət edən məsələdir. Çünki Türkiyənin Ermənistanda nə qədər iqtisadi sahədə söz sahibi olması, investisiya etməsi və iqtisadiyyatın iştirakçısı olması sülh quruculuğu işində ciddi, müsbət təsir göstərilə biləcək amilə çevrilə bilər”.

Ekspertin sözlərinə görə, Gürcüstan üzərindən qeyri-rəsmi ticarət mövcud olub:

“Bu illər ərzində də Gürcüstan üzərindən qeyri-rəsmi ticarət mövcud idi. Təqribən 250 milyon dollarlıq Türkiyə malları Ermənistanda satılırdı. Lakin indi birbaşa ticarət əlaqələrinin açılması və Türkiyə məhsullarının, iqtisadi oyunçularının Ermənistanda birbaşa fəaliyyət göstərməsi çox yaxşı bir göstərici olacaq”.

N.Cəfərli Türkiyəyə yaşamağa gedən ermənilərin sayının artacağını düşünmür: “Sərhədlərin açılmasından sonra kütləvi axın olacağını düşünmürəm. Türkiyənin Gürcüstanla da sərhədlər açıqdır, Azərbaycanla da vizasız gediş-gəlişlidir. Bu kütləvi şəkidə Türkiyəyə axın demək deyil. Türkiyədə alış-veriş edənlərin, gəzməyə gedənlərin sayı artacaq. Amma yaşamağa gedənlərin sayının artacağını düşünmürəm” .

Nəzrin Vahid

“Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması...” – Şərh