Türkiyə ordusu Suriyada 43 terrorçunu zərərsizləşdirdi
Türkiyə ordusu Suriyada 43 terrorçunu zərərsizləşdirdi
Türkiyə ordusu son 2 gündə Suriyanın şimalında 43 terrorçunu zərərsizləşdirib.
Polemika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, "Barış Pinarı" və "Fərat Qalxanı" zonalarında aparılan əməliyyat terrorçular tərəfindən 9 dinc sakinin öldürülməsinə cavab olaraq həyata keçirilib.
Qeyd edək ki, Əl-Bab bölgəsində terrorçular 9 dinc sakini öldürmüşdü.