Tovuzda qətlə yetirilən Nərminin anası hamilədir

Tovuzda qətlə yetirilən Nərminin anası hamilədir

Tovuzda qətlə yetirilən Nərminin anası hamilədir

Ötən il Tovuz rayonunun Dondar Quşçu kəndində amansızlıqla yandırılan 10 yaşlı Nərmin Quliyevanın anası Aynurə İsmayılova ilə bağlı saytımıza məlumat daxil olub.

Polemika.az xəbər verir ki, A.İsmayılovanın üçüncü övladı dünyaya gələcək.

O, saytımıza açıqlamasında faktı təsdiqləyib.

A.İsmayılova bildirib ki, yeni doğulacaq körpəsi 7 aylıqdır: “Biz düşünmüşdük ki, qız olsa adını Nərmin, oğlan olsa Nadir qoyacağıq. Ancaq həkimlər ultrasəs aparatı ilə baxıb, oğlan olduğunu dedilər”. 

Qeyd edək ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti yanvarın 6-da saat 19:30-da Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb./News24.az

Tovuzda qətlə yetirilən Nərminin anası hamilədir